Azərbaycan və Serbiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilib - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Serbiya XİN rəhbəri Marko Curiç arasında geniş tərkibli görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm və digər sahələrdə ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlığı müzakirə edilib. O cümlədən ticarət, energetika, investisiyalar və s. sahələrdə əlaqələrin möhkəmləndirilməsi perspektivləri, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə mövcud əməkdaşlıq imkanlarından istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin regionda münaqişədən sonrakı vəziyyət, Ermənistanla sülh prosesi də müzakirə edilən məsələlərdən olub.
***
11:32
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Serbiya xarici işlər naziri Marko Curiçlə görüşü başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş Serbiya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.
Oxşar xəbərlər
Azərbaycan və Serbiya XİN rəhbərlərinin görüşü başlayıb
Ceyhun Bayramov: Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
