Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın katibi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın katibi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB


Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə geniştərkibli görüş keçirib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüşdə Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

"Mən həmkarımı davamlı sülh prosesi üçün mövcud çağırışlar, o cümlədən münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım", - nazir "X" paylaşımında qeyd edib.

***

13:24

Xarici işlər naziri Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə təkbətək görüşü başlayıb.


APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

***

13:20

Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qarşılayıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Oxşar xəbərlər

Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın katibi ilə görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər