Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
Qeyd edilib ki, qonaqlara Azərbaycan ilə İslam dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistanın normallaşması prosesi, o cümlədən Azərbaycanın COP29 üzrə baxışı və prioritetləri barədə məlumat verilib və suallar cavablandırılıb.
Xarici işlər naziri Ceyhun Bayramov “X” platformasındakı paylaşımında müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə ikitərəfli əlaqələr və bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında hərtərəfli fikir mübadiləsi apardıqlarını qeyd edib.
Nazir qeyd edib ki, görüşdə eyni zamanda Ermənistanla sülh və normallaşma prosesi, o cümlədən Ermənistanın Konstitusiyasında və bu ölkənin digər qanunvericilik aktlarında Azərbaycana qarşı davam edən ərazi iddiaları, Ermənistanda artan hərbiləşmə tendensiyaları kimi qalan maneələr müzakirə edilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsini qəbul edib
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













