Hikmət Hacıyev: Azərbaycan Rusiya qazını Qərbə satmır
Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çox sayda dezinformasiya qeydə alınıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.
Hikmət Hacıyev vurğulayıb ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistanla danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.
Prezidentin köməkçisi onu da əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la da bağlı aparılıb.
Hikmət Hacıyev onu da diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb
Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
