Azərbaycanın “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulmasının 30 illiyi çərçivəsində təlim kursu keçirilib
9-13 dekabrda Bakı şəhərində Azərbaycanın “Sülh naminə Tərəfdaşlıq” (SNT) Proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorizmə Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən “Qabaqcıl mühüm infrastruktur təhlükəsizliyi və terrorist hücumlarına qarşı dayanıqlılıq” mövzusunda təlim kursu həyata keçirilir.
APA xəbər verir ki, təlim kursu çərçivəsində iştirakçılar terrorçuların dövlət və özəl sektorda mövcud olan boşluqlardan istifadə etməsi, terror hücumlarının əsas hədəfləri, bu sahədə əsas narahatlıqlar və onlara qarşı ikitərəfli və regional cavab tədbirləri, tətbiq olunmuş effektiv proqramlar, böhran vəziyyətlərinin idarə olunması, müxtəlif sahələrdə həyata keçirilən təhlükəsizlik və dayanıqlılıq tədbirləri və s. barədə məlumatlandırılacaq.
Tədbir zamanı, həmçinin dövlətlərin təhlükəsizliyinə artan təhdidlər mühitində mühüm infrastrukturun təhlükəsizliyinin effektiv şəkildə təmin edilməsi üsulları, mühüm enerji infrastrukturlarının dayanıqlılığının artırılması təcrübələri araşdırılacaq.
Bir həftə ərzində davam edəcək təlim kursunda Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcək.
Oxşar xəbərlər
Bakıda NATO-nun təlim kursu keçirilib
NATO nümayəndələri Bakıya səfərə gəlib
NATO nümayəndə heyəti ilə görüş keçirilib
ETN əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












