Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martinə həsr olunmuş konfrans keçiriləcək
Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
APA xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.
Konfransda Fransa və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi Saint-Martin, Niderland hissəsi isə Sint Maarten adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb.
Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri, Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.
Qeyd edək ki, bu tədbir Sen Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.
Oxşar xəbərlər
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu COP29-da dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfrans keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












