Bakı Təşəbbüs Qrupu COP29-da dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfrans keçirib
sizinxeber.az xəbər saytı

Bakı Təşəbbüs Qrupu COP29-da dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfrans keçirib


COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı yan tədbir keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə vaxtilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Kenya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Togo, Mavritaniya, Zimbabve, Zambia və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri və s. iştirak ediblər.

Keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçünyaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak etmiş Afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətindən vaz keçə bilmədiklərini və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Bu xüsusda, Fransa dövlətinin bu siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan iştirakçılar, dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Afrika təmsilçiləri müstəmləkəçilikdən azad çəkmiş xalqların nümayəndələri kimi hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyini ifadə ediblər.

Qeyd edək ki, BTQ bu yan tədbiri Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29:beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil edib.

Ələkbər Ələkbərov

Oxşar xəbərlər

Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo Prezidenti: Əsas məqsədimiz COP29-da yeni təşəbbüsləri gündəmə gətirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” adlı beynəlxalq konfrans keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər