Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirilib
Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib.
APA xəbər verir ki, “Nazione” hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda müstəqillik hərəkatlarının təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin qarşılaşdığı problemləri çatdırıblar.
Müzakirələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayaraq dekolonizasiya prosesinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirildiyi xüsusi vurğulanıb.
İştirakçılar Azərbaycanın, o cümlədən Bakı Təşəbbüs Qrupunun dekolonizasiya istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dünyanın müxtəlif ölkələrində dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfransların təşkil edildiyini məmnunluqla qeyd ediblər.
Tədbir iştirakçıları səylərin birləşdirilməsinin, birgə təşəbbüslərin irəli sürülməsinin, o cümlədən kolonializm məsələsinin daha ciddi şəkildə beynəlxalq təşkilatlar qarşısında qoyulmasının vacibliyini bildiriblər.
Fransanın işğal altında saxladığı ərazilərdə kütləvi şəkildə insan hüquq və azadlıqlarını pozduğu, insanların fundamental hüquqlarına hörmət etmədiyi bir daha vurğulanıb və bu kimi qeyri-qanuni fəaliyyətlər qınanıb.
Tədbir iştirakçıları Fransa hökumətinə çağırış edərək, beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunub.
Oxşar xəbərlər
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” adlı beynəlxalq konfrans keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: Neokolonializm siyasəti yürüdən Fransa Ermənistandan sui-istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












