Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir - FOTO


Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir.

Sizinxeber.az xəbər verir ki, beynəlxalq konfrans oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Konfransda tanınmış aktivist Kemi Seba da iştirak edir.

Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınmışdır. Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd etmişdir.

Lakin Fransa hətta buna da müvəffəq ola bilməmişdir. Belə ki, Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K.Sebaya diplomatik immunitet vermişdir.

Xüsusilə vurğulayaq ki, “URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan K.Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Belə ki, K.Seba-nın “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.

Hazırda Bakıda səfərdə olan K.Seba oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusuna həsr edilmiş beynəlxalq konfransında iştirak edəcək, mövzu üzrə Stend-Ap formatında çıxış edəcək.

Oxşar xəbərlər

Bakıda Fransanın Afrikadakı neokolonizm siyasətinə həsr edilən beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba: Bakı müstəmləkəçiliyə qarşı mübarizədə iddialı bir meydandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər