BMT Baş katibinin köməkçisi: COP29 yüksək səviyyədə təşkil olunub
sizinxeber.az xəbər saytı

BMT Baş katibinin köməkçisi: COP29 yüksək səviyyədə təşkil olunub


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub.

COP29-un uğurlu təşkilində Azərbaycan və BMT arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramov COP29-un təşkilati hissəsi ilə yanaşı, məzmun baxımından faydalı olmasının əsas prioritetlərimizdən biri olduğunu qeyd edərək sessiyanın gedişatı, danışıqlar prosesində əldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verib.

Baş katibin köməkçisi COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, bu münasibətlə ölkəmizı təbriklərini çatdırıb və sədrlik prosesi çərçivəsində uğurlar arzu edib.

COP29 çərçivəsində təşkil olunmuş yüksək səviyyəli tədbirlərdə iştirak etdiyini qeyd edən Aleksandr Zuyev, müxtəlif mövzulara həsr olunmuş tematik toplantıların fikir mübadiləsi baxımından faydalı olduğunu qeyd edib.

Mina təhdidi ilə mübarizə istiqamətində ölkəmiz tərəfindən görülən işlərin təqdirəlayiq olduğu, xüsusilə humanitar minatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan olunmasının bu beynəlxalq təhdidlə mübarizədə örnək olduğu vurğulanıb.

Humanitar minatəmizləmə fəaliyyəti ilə yanaşı, mina qurbanlarının rehabilitasiyası istiqamətində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İƏT-in baş katibi: COP29-un uğurlu təşkili bizim üçün qürurvericidir
Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb
Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb
Azərbaycanla BMT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan-Kolumbiya əməkdaşlıq perspektivləri, COP29-a sədrlik müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər