Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb
15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb.
COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub.
Ölkəmizin milli səviyyədə yaşıl enerji və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində yaşıl texnologiyaların geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Karib Ölkələri Birliyinin baş katibi Karla Barnet ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha ilə görüşüb
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə Azərbaycanın COP29 sədrliyinin prioritetlərini müzakirə edib
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
