Şarl Mişel: Aİ Cənubi Qafqazda sabitlik və rifaha yönəlmiş səyləri dəstəkləyir
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Keçən həftə Budapeştdə baş nazir Nikol Paşinyanla görüşümdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyətini müzakirə etdik. Aİ Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır. Mən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi təxirəsalınmaz iqlim gündəliyi nöqteyi-nəzərindən vacib məqam olan COP29-un keçirilməsi münasibətilə təbrik etdim. Aİ maliyyə həmrəyliyi və iqlim hədəflərimizə sadiqdir", - o qeyd edib.
Ş.Mişelin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələsi də müzakirə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev: Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistan-Azərbaycan danışıqlarında vacib istiqamətlər üzrə gündəlik formalaşıb
Prezident İlham Əliyev Şarl Mişellə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
