XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq
Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.
"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.
Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq".
29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə…
Oxşar xəbərlər
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib
XİN: Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq
MN: Türkiyə Azərbaycanla hər zaman birlikdə olacaq
TÜRKPA: Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik
XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













