Qəmər Adaları İttifaqının nümayəndəsi: Müstəmləkəçilik Fransanın özünün qanunvericiliyinə də ziddir
sizinxeber.az xəbər saytı

Qəmər Adaları İttifaqının nümayəndəsi: Müstəmləkəçilik Fransanın özünün qanunvericiliyinə də ziddir


"Qəmər adalarının ərazisində müstəqillik uğrunda keçirilən referendum Fransa Konstitusiyasının 53-cü maddəsinə də tamamilə uyğundur".

APA-nın xəbərinə görə, bunu Qəmər Adaları İttifaqının nümayəndəsi, hüquqşünas Mohamed Rafsandjani Hassani Bakıda keçirilən Qəmər Adaları İttifaqının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda bildirib.

O deyib ki, adalar Fransa ərazisinə bu və ya digər şəkildə inteqrasiya olunmayıb:

"Biz burada tək beynəlxalq hüquqdan yox, Fransa qanunvericiliyi nöqteyi-nəzərdən də yanaşsaq görərik ki, müstəmləkəçilik onların da qanunvericiliyinə ziddir. Lakin onlar müstəmləkə siyasəti ilə bu müddəanı aşkar şəkildə pozurlar. Adaların ərazisində müstəqillik uğrunda keçirilən referendum Fransa Konstitusiyasının 53-cü maddəsinə də tamamilə uyğundur. Çünki orada deyilir: Biz istənilən xalqın razılığını almadan bu və ya digər bölgənin ərazisini öz ərazilərimizə daxil edə bilmərik. Fransanın qanunvericiliyinə uyğun olaraq sözü gedən ada bu ölkəyə heç bir şəkildə inteqrasiya edilməyib. Fransa Konstitusiyasına görə dəniz aşırı ərazilər metropolislərdən fərqlidirlər. Onlar özünə belə haqq qazandırırlar ki, müstəmləkə ərazilərində yaşayanlarla istədikləri kimi rəftar edə bilər".

Oxşar xəbərlər

Qəmər Adaları İttifaqının rəsmisi: Fransanın ölkəmizdə qeyri-qanuni mövcudluğunun dayandırılması üçün beynəlxalq ictimaiyyət təzyiqləri artırmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nadia Tourqui: Qəmər adaları İttifaqının azadlığı Fransa üçün təhdid olmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tohiri Mohammed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər