Lavrov: Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub - YENİLƏNİB
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı hansı platformanın daha həyat qabiliyyətli olduğunu açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda 3+3 formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı mövcud platformalardan hansının daha həyat qabiliyyətli olması ilə bağlı suala cavab verib.
Rusiyalı nazir bildirib ki, haradan Azərbaycan və Ermənistan razılığa gələ bilərlərsə, həmin platforma daha canlıdır.: “Əgər onlar birbaşa (vasitəçisiz-red) razılığa gələ bilsələr, biz ancaq şad olacağıq.
Lavrov Azərbaycan və Ermənistana bu gün 3+3 platformasının istifadə etməyi təklif olunduğunu xatırladıb: “Ermənistan və Azərbaycanın qonşularının bu rfomatda görüdüklərini nəzərə alsaq, bu təbii olardı. Lakin, bu barədə qərarı Bakı və İrəvan verməlidir”.
Fərid Əkbərov
***
16:16
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” əməkdaşlıq platforması təklif olunub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vacibdir, lakin bu proses də Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır.
Lavrovun sözlərinə görə, Rusiya ilə İran bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün əlindən gələni edəcək. Lavrov, həmçinin, Gürcüstanın da bu platformada gələcəkdə iştirak edəcəyinə ümid etdiyini əlavə edib.
Tural Əsədi
Oxşar xəbərlər
Lavrov: Bakı və İrəvana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə təklif edilib
Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına kompleks şəkildə baxılması təklif olunub
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək
Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib
Lavrov Azərbaycan və Ermənistan liderlərinin görüşünün planlaşdırılması ehtimalına münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
