Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına kompleks şəkildə baxılması təklif olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına kompleks şəkildə baxılması təklif olunub


Qərbin Azərbaycanla Ermənistan arasındakı problemlərə yanaşması barədə bu gün danışdıq.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi bitirmək üçün “3+3” platformasından istifadə etməyi təklif edib: “Biz Rusiya, Azərbaycan və Ermənistanın birlikdə yaratdıqları həm dövlət başçıları, həm xarici işlər nazirləri, həm də Baş nazirlərin müavinləri tərəfindən üçtərəfli formatda görülən işlər barədə məlumat verdik”.

Lavrov Ermənistan-Türkiyə nizamlanması prosesi barədə məsələlərin olduğunu vurğulayıb: “Rusiya bu prosesin başlanması üçün aktiv şəkildə kömək edib. Bizə iranlı qonşularımız da qoşulub. İndi bu prsoseslə bağlı görüş planlaşdırılmır. Erməni həmkarlarımız pauza götürüb. Onlar hesab edirlər ki, əvvəl türkiyəlilərlə birbaşa danışıqlar lazımdır. Mənə elə gəlir ki, istənilən halda bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Ona görə də biz təklif etmişik ki, bu məsələlərə kompleks şəkildə baxılsın. Rusiya və İran öz növbəsində buna yardım etməyə hazırdır”.

Oxşar xəbərlər

Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrov: Rusiya taxıl sazişini bərpa etməyə hazır olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Paşinyanın Zəngəzurdan keçən kommunikasiyaların açılması barədə razılaşmanı sabotaj etdiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Cənubi Qafqaz üçün ən böyük təhlükəni açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər