Lavrov: Bakı və İrəvana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə təklif edilib
Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik", - o bildirib.
Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma".
"Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir", - o bildirib.
Oxşar xəbərlər
Lavrov: Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












