Türkiyəli nazir Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə məlumatlandırılıb
sizinxeber.az xəbər saytı

Türkiyəli nazir Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə məlumatlandırılıb


Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türkiyənin ədliyyə naziri Yılmaz Tunçu Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə məlumatlandırıb.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda səfərdə olan türkiyəli nazir Ali Məhkəmədə olub.

İ.Kərimov bildirib ki, qarşılıqlı səfərlər və ikitərəfli görüşlərin keçirilməsi iki qardaş ölkə arasında möhkəm təməl üzərində qurulan, inkişaf edən əlaqələrə böyük töhfə verir. Məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlərin təşkili və digər sahələr üzrə Türkiyə Ali Məhkəməsinin əsas tərəfdaş olduğu vurğulanıb.

Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilib.

Yılmaz Tunç “Bir millət, iki dövlət” prinsipinə əsaslan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Beynəlxalq Hakimlər İttifaqının rəhbəri Azərbaycandakı məhkəmə islahatları barədə məlumatlandırılıb
Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir
Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle