Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
sizinxeber.az xəbər saytı

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub


Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minskdə Azərbaycan Ticarət Evində olub.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədovun və Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.

Oxşar xəbərlər

Avrora şirkəti “İstisu” təbii mineral sularının rəsmi distribütoru oldu
“İstisu”nun Minskdə təqdimatı olub, ixracına dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
“İstisu”nun Minskdə təqdimatı olub, ixracına dair niyyət protokolu imzalanıb - YENİLƏNİB - VİDEO
Azərbaycan Ticarət Evi hər il Belarusa 1 milyon dollarlıq mal satır
Belarus Prezidenti və Azərbaycanın Baş naziri Minskdə danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle