

Britaniya Kral Prokurorluq Xidmətinin rəhbəri Azərbaycana gəlib
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri cənab Stifen Parkinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəlib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
