Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluqdan Sizinxeber.az-ya verilən xəbərə görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Monqolustanın Baş prokuroru cənab Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror iki ölkə arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Monqolustanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Monqolustanın Baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları eləcə də, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib, həmçinin 1 Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Kamran Əliyevi təbrik edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir
Oxşar xəbərlər
Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Şərq İqtisadi Forumunda çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












