

Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Keniya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən Baş prokuror Kamran Əliyev iki ölkə arasında güclü siyasi əlaqələrin mövcudluğunu qeyd edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, Keniyanın iqlimlə bağlı səylərdə dünya təcrübəsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Keniya nümayəndə heyətinin cari ilin fevralında ölkəmizə ilk səfəri və prokurorluq orqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Renson Mulele İnqonqa prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəlib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
