XİN başçısı BMT-nin Baş katibi ilə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

XİN başçısı BMT-nin Baş katibi ilə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib - YENİLƏNİB


Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşlə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib.

Bu barədə “Report”un ABŞ bürosuna açıqlamasında dünya təşkilatının sözçüsü Stefan Düjarrik söyləyib.

Onun sözlərinə görə, tərəflər Azərbaycanın COP29-a sədrliyi kontekstində dünya təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı, o cümlədən iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin yekunlaşdırılmasını müzakirə ediblər.

Mətbuat katibi əlavə edib ki, söhbət əsnasında Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların gedişi, minalardan təmizlənməsi barədə də fikir mübadiləsi aparılıb.

03:26

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, görüşdə C.Bayramov BMT-nin xatirə dəftərini imzalayıb.

Görüşdə Azərbaycanın COP29-sədirliyinə hazırlığı barəsində müzakirələr aparılıb və bir sıra maraq doğuran məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib
Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər - YENİLƏNİB
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər