Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb
26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və xarici işlər nazirlərinin müavinləri səviyyəsində müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin Azərbaycan və Monteneqro arasında daimi siyasi dialoqun inkişafı və davam etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz barədə qarşı tərəfi məlumatlandırıb və bu çərçivədə Azərbaycanın müvafiq ekoloji fəaliyyətlərdə Monteneqro ilə davamlı əməkdaşlığa hazır olduğunu bildirib.
Postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma və sülh səylərindən ətraflı bəhs olunub, Azərbaycanın dayanıqlı sülh və təhlükəsizliyə istiqamətlənən səylərini bundan sonra da davam etdirəcəyi qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
