Azərbaycan və Kolumbiya arasında yeni əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb
23 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər və ticarət naziri Luis Gilberto Murillo ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafının vacibliyinə toxunaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin, habelə prioritet sektorlar üzrə aidiyyəti qurumlararası münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Kolumbiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yaranan yeni reallıqlar, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında nornallaşma və sülh prosesi barədə qarşı tərəf məlumatlandırılıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan-Kolumbiya yeni əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












