Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 14-də Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Dünya Badminton Federasiyasının vitse-prezidenti, Tailand Badminton Assosiasiyasının prezidenti Hunyinq Patama Lisvadtrakul ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.
İdmançıların dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilərək, bütün bunların idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmələrində müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Dünyada aparıcı idman ölkələrindən biri kimi tanınan Azərbaycanın müxtəlif idman növlərini əhatə edən nüfuzlu beynəlxalq yarışlara və irimiqyaslı tədbirlərə nümunəvi şəkildə ev sahibliyi etdiyi bildirildi. Bakıda növbəti dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil edilməsində ölkəmizin uğurlu təcrübəsi təqdir edilib.
Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Eyni zamanda Azərbaycan Badminton Federasiyası ilə Tailand Badminton Assosiasiyası arasında əlaqələrin qurulması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Parisdəki Azərbaycanın Olimpiya Evində olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycanın Parisdəki Olimpiya Evində olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan badminton millisinin baş məşqçisi: "Bakıdakı yarış yüksək səviyyədə təşkil olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












