Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin idarə heyətinin sədri Abay Turikpenbayevlə görüşüb.
"Report" Azərbaycanın Astanadakı diplomatik missiyasına istinadən xəbər verir ki, səfir görüş zamanı limanın nəqliyyat-logistik və tranzit imkanları, eləcə də mövcud infrastrukturu ilə tanış olub.
Görüşdə Abay Turikpenbayev gələcəkdə dəniz limanının potensialının daha da artırılması üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
Son illər Orta dəhliz vasitəsilə daşınan yük həcmlərində artımın baş verməsi fonunda limanın vacib nəqliyyat qovşağı kimi əhəmiyyətinin artdığı vurğulanıb.
Müzakirələr zamanı Azərbaycan və Qazaxıstanın müvafiq qurumları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan səfiri Kurık dəniz limanının rəhbəri ilə əməliyyat imkanlarını müzakirə edib
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
