Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Bu il Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə təqribən 8 milyon ton yük daşınacaq.
“Report” xəbər verir ki, bunu ölkənin Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bildirib.
Onun sözlərinə görə, bunun 4,2 milyon tonu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə ötürüləcək: "Bu marşrutla daşınan yüklərin nomenklaturası ildən ilə genişlənir”.
Komitə rəsmisi xatırladıb ki, bu ilin 7 ayında Aktau və Kurık limanları ilə təxminən 4,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə eynidir. Bununla belə, son 1 ildə TBNM ilə yükdaşımaların həcmi 63 % artaraq 2,5 milyon ton təşkil edib. O cümlədən, Çindən tranzitdə 14 dəfədən çox artım qeydə alınıb.
“İxrac və tranzitlə yanaşı, idxal yüklərin daşınmasında da 50 % artımın olması Avropa şirkətlərinin TBNM-ə marağını göstərir”, – K. Tlepov qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan tərəfi də TBNM ilə malların tranzitinə maraq göstərir.
Orta Dəhliz kimi tanınan TBNM Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Oxşar xəbərlər
“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
