Tohiri Mohammed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir
Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir.
“Sizinxeber.az” xəbər verir i, bunu Qəmər Adaları İttifaqının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) sabiq səfiri Tohiri Mohamed Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.
O qeyd edib ki, bu gün Fransa Qəmər adalarında öz müstəmləkə siyasətini davam etdirmək istəyir:
“Fransa bizim ərazimizdə dövlət çevrilişinə cəhd göstərib. Mayotdakı Fransa təmsilçiliyi ərazi bütövlüyünə təhdid yaradır. Fransa qeyri-qanuni şəkildə ərazidə müstəmləkə siyasətini davam etdirir”.
Sabiq səfir vurğulayıb ki ərazidəki qaz, bütövlükdə təbii ehtiyatlar Fransanın oraya marağını daha da artırıb və siyasi müdaxilələrinin güclənməsinə yol açıb:
“Bütün beynəlxalq qətnamələrə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik edir. Fransa hakimiyyəti özünün müstəmləkə siyasətini qanuniləşdirməyə çalışır".
Oxşar xəbərlər
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək
Bakıda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
