Nadia Tourqui: Qəmər adaları İttifaqının azadlığı Fransa üçün təhdid olmamalıdır
sizinxeber.az xəbər saytı

Nadia Tourqui: Qəmər adaları İttifaqının azadlığı Fransa üçün təhdid olmamalıdır


"Hesab edirəm ki, Qəmər adaları İttifaqının azadlığı Fransa üçün təhdid olmamalıdır".

APA xəbər verir ki, bu fikirləri "Qəmər Adaları İttifaqının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Üçüncü Yol Kollektivinin (C3V) Vətəndaş Cəmiyyətinin üzvü Nadia Tourqui deyib.

Onun qənaətincə, adanın əhalisi Fransanın yanlış siyasəti səbəbindən fərqli statusla üzləşib:

"Mayot adalarının işğalı bir sıra böhranlara gətirib çıxarıb. Bu gün biz Mayotun işğalından danışırıqsa, sərhədlərin toxunulmazlığı prinsiplərindən də danışmalıyıq. 50 ildir ki, Qəmər adalarının iki nəsli arasında birgəyaşayış məsələsi aktuallaşıb. Təsəvvür edin ki, həmin ərazidə konstitusiya 7 dəfə dəyişib. Adanın əhalisi Fransanın yanlış siyasəti səbəbindən fərqli statusla üzləşib. Mayot arxipelaqı yerləşdiyi regiondan ayrı düşüb. Buna görə də sözü gedən ərazinin coğrafi statusuna yenidən baxılmalıdır. Seçkilərdəki saxtakarlıq və korrupsiya halları bu bölgədə yaşayan xalqların daha da mürəkkəb vəziyyətlə üzləşməsinə gətirib çıxarıb. Bu ərazilərdə əhalinin 80 faizi yoxsulluq şəraitində yaşayır. Belə bir şəraitdə müstəqillik ideyası öz yerini sosial problemlərin həllinə yönəldir. Hesab edirəm ki, ada dövlətləri müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri gücləndirməlidirlər. Mayot hazırda yoxsulluq kimi çox ciddi problemlə üzləşib. Eyni zamanda bu dövlətin siyasi fəaliyyətinə heç bir dəstək göstərilmir. Mən hesab edirəm ki, Qəmərin azadlığı Fransa üçün təhdid olmamalıdır. Mayotun işğalı onun yerləşdiyi arxipelaqın təhlükəsizliyinə də təsir göstərir".

Oxşar xəbərlər

Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəmər Adaları İttifaqının rəsmisi: Fransanın ölkəmizdə qeyri-qanuni mövcudluğunun dayandırılması üçün beynəlxalq ictimaiyyət təzyiqləri artırmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəmər Adaları İttifaqının nümayəndəsi: Müstəmləkəçilik Fransanın özünün qanunvericiliyinə də ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tohiri Mohammed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər