Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb - YENİLƏNİB
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Sizinxeber.az-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub.
Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür edib.
Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
***
11:24
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Bu barədə Sizinxeber.az-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.
Oxşar xəbərlər
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb
İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
