Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir


Bu gün Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işinə başlayıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.

Sammitin əsas məqsədi qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, eyni zamanda, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.

Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər daxildir. Tədbirdə bank rəhbərləri və maliyyə institutlarının nümayəndələri, texnologiya təminatçıları, tənzimləyici qurumlar və siyasətçilər, sənaye və peşəkar assosiasiyalar, FinTech şirkətləri və startaplar, beynəlxalq və çoxtərəfli təşkilatlar, beynəlxalq ekspertlər, investorlar və inkişaf institutları, eləcə də digər aidiyyəti tərəflərin iştirakı nəzərdə tutulur.

Ümumilikdə, sammit regional ölkələrin maliyyə liderlərini, beynəlxalq ekspertləri və innovativ həllər təqdim edən şirkətləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasını hədəfləyir.

Oxşar xəbərlər

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
Bakıda “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Gələn həftə Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Ziraat Bank Azərbaycan VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər