Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşüb


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bu barədə Sizinxeber.az-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlərarası xətt üzrə inkişaf etməsindən məmnun olduqlarını vurğulayıblar.

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin parlament dostluq qrupları arasında sıx əməkdaşlığın vacibliyi qeyd olunub.

Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Xüsusilə, “Orta Dəhliz” üzrə reallaşdırılan birgə təşəbbüslərin və gələcək layihələrin regionun iqtisadi inkişafına və strateji əhəmiyyətinə verdiyi töhfə diqqətə çatdırılıb.

İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin regionda sabitliyin və qarşılıqlı faydalı inteqrasiyanın möhkəmləndirilməsindəki rolu vurğulanıb.

Görüş zamanı, nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, xüsusilə postmünaqişə dövründə Azərbaycanın qarşılaşdığı çağırışlar və atdığı addımlar barədə məlumat verib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Ceyhun Bayramov Serbiya parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB
Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşüb
Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər