Paşinyan: Müstəqilliyin ilk günündən bəri Ermənistanda sülh olmayıb
sizinxeber.az xəbər saytı

Paşinyan: Müstəqilliyin ilk günündən bəri Ermənistanda sülh olmayıb


Müstəqilliyin ilk günündən etibarən Ermənistanda sülh olmayıb.

“Armenpress” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci ildə hazırkı hakimiyyətin iqtidara gəlməsindən əvvəl ölkədə sülhün olduğu, indiki hökumətin addımlarının isə müharibə gətirdiyi barədə iddialara cavab olaraq bildirib.

“Bizdə müharibə var idi, çünki hər il itkilərimiz və yaralananlarımız olurdu. Əsgərlərin öldüyü və yaralandığı yerdə siz harada sülh gördünüz? Bizdə sülh yox idi, daimi müharibə və müharibənin başlanmasının davamlı təxirə salınması var idi. Bu təxirəsalmanın son həddi isə 2016-cı ilin Aprel müharibəsi ilə elan edilmişdi”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Qarabağ məsələsinin həlli üçün çərçivə hələ 1996-cı ildə keçirilən ATƏT-in Lissabon Sammiti zamanı müəyyən edilmişdi və həmin dövrdə Qarabağ məsələsi artıq həll olunmuş sayılırdı: “Bütün bu gecikmələr və təxirəsalmalar ilk növbədə Ermənistan məsələsinin həllinə, yəni Ermənistan dövlətinin yaradılmasının qarşısını almağa yönəlmişdi. Biz isə anladıq ki, Ermənistan tələyə düşüb və bizim vəzifəmiz onu bu tələdən çıxarmaqdır”.

Paşinyan vurğulayıb ki, itkilər bahasına Ermənistanı bu tələdən çıxarıblar. O, bunu vacib amil kimi qiymətləndirib.

Onun sözlərinə görə, 2018-ci ildə mövcud olan ssenariyə əsasən, Ermənistan suveren dövlət olmamalı idi.

“Ən yaxşı halda Ermənistan müxtəlif yerlərdən nəfəs almaq üçün icazə alacaq banan dövləti olmalı idi”, – Ermənistan Baş naziri əlavə edib.

Oxşar xəbərlər

Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib
Paşinyan: Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər