sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh bərqərar ediblər.
APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bildirib.
"Bu gün baş verənlər tarixi hadisədir. Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində bərqərar olub", - o deyib.
Paşinyan əlavə edib ki, kommunikasiyaların və sərhədlərin açılması Ermənistan iqtisadiyyatına milyardlarla dollar sərmayə cəlb edəcək. O, ölkə vətəndaşlarını sülh gündəmi ətrafında birləşməyə çağırıb.
Oxşar xəbərlər
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
Paşinyan: Vaşinqtonda Bakı ilə razılaşmanın əldə olunduğu formulanı İrəvan Rusiyaya təklif etmişdi
Paşinyan ABŞ-a səfər edəcək
Marko Rubio: ABŞ-ın əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışmaq olub
Nikol Paşinyan: "Azərbaycanla kommunikasiyaların açılması məsələsində fikir ayrılıqlarımız var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













