Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Bütün dünyanın gözlədiyi Bakı–İrəvan sülh müqaviləsini reallaşdırmağa Rusiya və Avropa İttifaqının gücü çatsada, onlar bunu təmin edə bilmədi. Əvəzində ABŞ sübut etdi ki, qlobal supergüc kimi həm iki düşmən tərəfi eyni masa arxasında barışdırmaq, həm də bu prosesdən öz strateji və iqtisadi maraqları naminə maksimum fayda əldə etmək imkanına malikdir.
Bunu APA-ya açıqlamasında alman politoloq Aleksandr Rar bildirib.
O, vurğulayıb ki, ABŞ sürətlə regionun əsas geosiyasi oyunçusuna çevrilir: “Vaşinqton Cənubi Qafqazda strateji nəzarəti ələ alır və göstərir ki, qlobal geosiyasi güc balansında ABŞ həm Rusiya, həm də Çindən üstün mövqedədir. Bununla belə, bu, Trampın NATO-nu regiona doğru genişləndirəcəyi anlamına gəlmir.”
Alman politoloqun fikrincə, Zəngəzur dəhlizi ilə bağlı prosesdə əsas məqamlardan biri Ermənistanın buna razılıq verməsidir: “Bu dəhliz Ermənistan üçün Qərblə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi istiqamətində yeni imkanlar açır. Rusiyanın bundan məmnun qalmaması təbiidir, lakin Moskva artıq buna mane ola biləcək real alətlərdən məhrumdur. O, geosiyasi baxımdan Ukrayna müharibəsinə həddindən artıq fokuslanıb. İran isə ABŞ-ın regiondakı təsir dairəsinin genişlənməsinə qarşı çıxsa da, praktikada bu prosesin qarşısını almaq imkanına sahib deyil. Tramp isə bu məsələdə unikal strateji gedişlərlə ustalıqla qurulmuş bir “şahmat partiyası” oynadı.”
Avropa İttifaqının (Aİ) Ermənistan–Azərbaycan sərhədində yerləşdirilən müşahidə missiyasının fəaliyyətinə toxunan politoloq Rar bildirib ki, avropalılar öz mövqelərinin nəzərə alınmasının vacibliyini iddia edəcəklər: “Lakin Tramp onlara geosiyasi reallığı açıq şəkildə göstərir – onların yeri Vaşinqtonun qərarvermə masasında deyil, siyasi nizamın periferiyasında, onun ayaqları altındadır. Vaşinqtonda imzalanmış sülh sazişi Avropa İttifaqını tamamilə hazırlıqsız vəziyyətdə yaxaladı.”
Oxşar xəbərlər
Alman kəşfiyyatı NATO və Aİ-yə kiberhücumların arxasında Rusiyanın dayandığını açıqlayıb
Macarıstanın Baş naziri: Avropa Rusiya ilə strateji saziş imzalamalıdır
Vaşinqton görüşü Cənubi Qafqazda yeni səhifə açır – erməni politoloq
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












