Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
sizinxeber.az xəbər saytı

Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik


Rusiya Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də “de-yure” KTMT-nin tamhüquqlu üzvüdür. Rusiya XİN sözçüsünün fikrincə, bu, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün alternativ olmayan mexanizmidir:

“Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Biz ümid edirik ki, dost ölkənin, hətta bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımız tam bərpa olunacaq”.

Zaxarova qeyd edib ki, hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır:

“Gözləyirik ki, erməni tərəfdaşlarımız şübhələri aradan qaldıraraq, maraqlı birgə işi bərpa edəcəklər”.

Oxşar xəbərlər

Zaxarova: Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiya ümid edir ki, KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı bəyanatı sağlam düşüncəyə ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər