Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
sizinxeber.az xəbər saytı

Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

“Report” xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Oxşar xəbərlər

ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB-2
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Tramp ABŞ-ın 47-ci prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər