Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, - deyə Rubio əlavə edib.
Onun sözlərinə görə, son 33 il ərzində qurulmuş ABŞ - Azərbaycan tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi sahədə ümumi maraqları inkişaf etdirməyə davam edir: “Biz əməkdaşlığımızı dərinləşdirməyə, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.
Oxşar xəbərlər
ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Marko Rubio Kanadanın XİN başçısı ilə görüşüb
Hakan Fidan və Marko Rubio arasında görüş baş tutub
Hakan Fidan və Marko Rubio Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Rubio: Avropa Ukrayna müharibəsinin başa çatdırılması üçün səylərini artırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












