Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı xüsusi vurğulanıb.

Bildirilib ki, son illər iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etməsi sevindirici haldır.

Tərəflər regional əhəmiyyətə malik birgə infrastruktur və enerji layihələrinin Orta Dəhlizin inkişafında oynadığı rolu müzakirə ediblər.

Görüşdə, həmçinin, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunması müsbət qiymətləndirilib.

Söhbət zamanı Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunulub.

Baş nazir İrakli Kobaxidze bir daha Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə regionda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
Qafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarını təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər