Ayna Zadabek: Süni intellekt jurnalist peşəsinə təhlükə hesab edilməməlidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
14:00

Ayna Zadabek: Süni intellekt jurnalist peşəsinə təhlükə hesab edilməməlidir

21 iy, 2025
14:00
459

Ayna Zadabek: Süni intellekt jurnalist peşəsinə təhlükə hesab edilməməlidir

Süni intellekt jurnalist peşəsinə təhdid hesab edilməməlidir - savadlı və məsuliyyətli yanaşma olduğu təqdirdə o, redaksiyaların işində güclü alətə çevrilə bilər.

Bu barədə “Sizinxeber.az”a Qazaxıstanın “Qazcontent” media şirkətinin İdarə Heyətinin sədri Ayna Zadabek III Şuşa Qlobal Media Forumunun kuluarlarında bildirib.

O, forumda süni intellektlə bağlı müzakirələrdən danışarkən, onun jurnalistika sahəsinə təsiri probleminin qlobal xarakter daşıdığını qeyd edib.

"Dünyanın aparıcı KİV-indən olan natiqlərin çıxışlarını dinləyərkən çox təəccübləndim. Əvvəllər düşünürdüm ki, süni intellektlə bağlı çətinliklər təkcə Qazaxıstanda regional media üçün aktualdır. Lakin aydın oldu ki, bu dünya miqyasında bir çağırışdır", - A.Zadabek qeyd edib.

Onun sözlərinə görə, bu gün peşəkar cəmiyyəti narahat edən əsas sual jurnalistikanın öz unikallığını və əhəmiyyətini itirib-itirməyəcəyidir.

"Əminəm ki, süni intellektdən savadla və şüurlu şəkildə istifadə etsək, jurnalist peşəsini itirməyəcəyik. Kimsə deyir ki, süni intellekt təhlükədir, mən isə hesab edirəm ki, bu, ilk növbədə, bir imkandır", - o vurğulayıb.

“Qazcontent”in sədri vurğulayıb ki, texnologiyaların faydalı olması üçün onlardan qorxmaq deyil, öyrənmək, sınamaq və tətbiq etmək lazımdır.

"Əgər biz süni intellekti görməzdən gəlməyə davam etsək, onu öyrənməsək, ondan qorxsaq – bu halda o, həqiqətən də təhlükəyə çevriləcək. Lakin əgər biz addım-addım öyrənsək, tendensiyaları izləsək, texnologiyalarla birlikdə inkişaf etsək - jurnalistika bundan yalnız qazanacaq. Süni intellekt dünyası sürətlə dəyişir və biz bu prosesdən geri qalmamalıyıq", - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın