Fuad Nəcəfli ictimaiyyət nümayəndələrini Naxçıvanın yeni Baş planı layihəsi ilə tanış edib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılarla görüşüb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib.
2023-cü ildə Naxçıvan şəhər ictimaiyyəti ilə keçirilən ilk görüşü xatırladan səlahiyyətli nümayəndə vurğulayıb ki, sakinlərin problemləri əsasında görüləcək işlər müəyyənləşdirilib və bu əsasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı” hazırlanıb. Ölkəmizdə icra olunan ən mühüm irihəcmli dövlət sənədləri sırasında olan Dövlət Proqramında 13 prioritet sahə, o cümlədən yol infrastrukturu, aqrar sektor, su-meliorasiya sistemləri, turizm, enerji, təhsil və digər sferalar üzrə davamlı inkişaf planı hazırlanıb və icra olunur.
Dövlət Proqramına uyğun olaraq Azad İqtisadi Zona elan edilən Naxçıvanda Zəngəzur dəhlizinin reallaşması perspektivində nəqliyyat-logistika layihələri reallaşdırılacaq, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılacaq, mühüm “yaşıl enerji” layihələri icra olunacaq, yeni günəş, külək və istilik elektrik stansiyaları inşa olunacaq, enerji ixracı potensialı artırılacaq və təmin olunacaq.
Fuad Nəcəfli ictimaiyyət nümayəndələrini Naxçıvan şəhərinin yeni Baş planı layihəsi ilə tanış edib. Qeyd edib ki, şəhərin hazırkı Baş planı 1983-cü ildə aparılıb. Bu da əsaslı dəyişiklikləri şərtləndirir. Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinin icra edəcəyi yeni Baş planda şəhərin özünəməxsusluğu qorunub saxlanılmaqla müasir infrastruktur imkanları yaradılacaq və ümumi potensialı genişləndiriləcək.
Oxşar xəbərlər
Fuad Nəcəfli Ordubad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, problemlər və təkliflər dinlənilib
Naxçıvanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub
Naxçıvanda Zəfər Günü böyük coşqu ilə qeyd edilib
Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












