Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanın CPR Bürosuna Sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.
UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.
Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcəkdir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.
Oxşar xəbərlər
UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"
UNEP rəhbəri: Bakıda COP29-da quracağımız gələcəyin təməli qoyulub
Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq
Ümumdünya Ətraf Mühit Günü Samur-Yalama Milli Parkında qeyd olunub
UNEP rəsmisi: "2050-ci ilə qədər bərk məişət tullantıları 85 % artacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













