UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
noy
2024
17:00

UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"

21 noy, 2024
17:00
459

UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"

Paris sazişinin iqlim maliyyələşdirməsinə imkan verən 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnge Anderson COP29 çərçivəsind təşkil olunmuş "Təbiət-müsbət gələcəyə nail olmaq üçün İqlim Fəaliyyəti və Biomüxtəlifliyin Qorunması və Paris Sazişinin Məqsədlərinə uyğunlaşdırılması" mövzusunda Qlobal Liderlər Dəyirmi Masasında bildirib.

Onun sözlərinə görə, real resursları meşəyə, təbiətə yönəltmək potensialı var: "Təbiətə sərmayə qoyanda əslində özümüzə sərmayə qoyuruq. Çünki təbiət olmadan bizim heç nəyimiz yoxdur".

Bizimlə əlaqə saxlayın