Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesinin dayandığını düşünmür
sizinxeber.az xəbər saytı

Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesinin dayandığını düşünmür


Rəsmi İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin dayandığını düşünmür.

APA-nın məlumatına görə, bunu “Sputnik Armenia”ya müsahibəsində Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.

O bildirib ki, tərəflər arasında təmaslar var, lakin prosesin özü kifayət qədər mürəkkəbdir.

“Bunun üçün müvafiq olaraq hazırlıq işlərinə ehtiyac var. İndi məhz bu istiqamətdə proseslər həyata keçirilir. Lakin mən deməzdim ki, proses zəifləyib və ya sürətlənib”, – Qriqoryan fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, sözügedən komissiyanın sonuncu iclası 2025-ci ilin aprelində keçirilib.

Oxşar xəbərlər

Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb
Baş nazirin müavini: Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib
Paşinyanın müavini: Azərbaycanla sərhəddə delimitasiyanın aparılacağı növbəti sahə hələ müzakirə olunmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər