Baş nazirin müavini: Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk
sizinxeber.az xəbər saytı

Baş nazirin müavini: Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk


Bakı və İrəvan sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Sputnik-Ermənistan”a bildirib.

"Təmaslar var, lakin proses kifayət qədər mürəkkəbdir. Müvafiq olaraq müəyyən hazırlıq işləri tələb olunur. Hazırda bu işlər faktiki olaraq aparılır. Lakin mən prosesin yavaşlaması və ya sürətlənməsi ilə bağlı qiymət verməzdim", - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, hazırda delimitasiya komissiyalarının növbəti iclasının konkret tarixi yoxdur.

"Buna baxmayaraq, tərəflərin qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən və tənzimləyən təsdiqlənmiş sənəd mövcuddur", - o əlavə edib.

Oxşar xəbərlər

Mher Qriqoryan: İrəvan və Bakı sərhədlərin delimitasiyası məsələsi üzrə dialoqu davam etdirir
Mher Qriqoryan: İrəvan və Bakı işçi qaydada sərhədlərin delimitasiyası məsələlərini müzakirə edir
Sərhədlərin delimitasiyası üzrə növbəti görüşün yeri və tarixi razılaşdırılıb
Paşinyan Azərbaycanla protokolun imzalanmasını böyük uğur adlandırdı
Azərbaycanla Ermənistan Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle