Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
Ötən il Azərbaycan vətəndaşları ilə bağlı insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə 91 insan alveri qurbanı (90-ı qadın, 1-i kişi) müəyyən edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda qeyd edilib ki, onlardan 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.
Qurbanlardan 12-i 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olan, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.
Hesabat dövründə insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Qurbanlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib.
2024-cü ildə insan alveri qurbanlarının 18 nəfəri pеşə kurslаrınа yönəldilib, 9 nəfəri işlə təmin еdilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilib, 44 qurbanın аiləsinə qаyıdışı təmin olunub.
Oxşar xəbərlər
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan vətəndaşlarının hansı ölkələrdə insan alverinin qurbanı olduqları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan insan alveri ilə bağlı 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçən il 161 insan alveri faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












