Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu memorandum imzalayıb
Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb.
Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova imzalayıblar.
S.Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Sahibə Qafarova Özbəkistana səfər edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
