Türk Mədəniyyəti və İrsi Fondu Qarabağdakı abidələrin bərpası işlərinə başlayıb
Türk Mədəniyyəti və İrsi Fondu Qarabağda erməni işğalı nəticəsində məhvə məruz qalan abidələrin bərpası işlərinə başlayıb.
Bunu Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Rayımkulov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) keçirdiyi “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel iclasından sonra “Report”un Türkiyə bürosuna açıqlamasında söyləyib.
O deyib ki, türk xalqların zəngin mədəni irsinin tədqiqi, qorunması, bərpası və təbliği işini həyata keçirən TDT nəzdindəki bu beynəlxalq qurum ümumilikdə Azərbaycan üzrə maddi və qeyri-maddi mədəni dəyərlərin hərtərəfli öyrənilməsi, təbliği və yenilənməsi istiqamətində də fəaliyyətlər həyata keçirir: “Ortaq kimliyimizi qorumaq üçün tarixi və mənəvi mirasımızın qayğısına qalmaq borcumuzdur”.
Xatırladaq ki, ötən ay Rayımkulova Fondun Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpasında iştirak edəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədl kəndindəki məscidin bərpasına dəstək göstərək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












