Omanın APA-ya tamhüquqlu, Belarusun isə müşahidəçi üzv statusu təsdiqlənib - YENİLƏNİB
Oman Sultanlığına Asiya Parlament Assambleyasında (APA) tamhüquqlu, Belarusa isə müşahidəçi üzv statusunun verilməsi təsdiqlənib.
“Report” xəbər verir ki, bununla bağlı APA-nın Bakıda keçirilən 15-ci Plenar Sessiyasında qərar qəbul edilib.
Oman Asiya Parlament Assambleyasına (APA) tamhüquqlu üzv, Belarus isə müşahidəçi kimi qatıla bilər.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində məlumat verib.
Onun sözlərinə görə, hər iki ölkə bununla bağlı fevralın 18-də quruma müraciət edib:
“Müraciətlərə müsbət cavab veriləcəyinə ümid edirəm”.
Oxşar xəbərlər
Asiya Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul ediləcək
Gələn il Asiya Parlament Assambleyasına Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək
Natalya Koçanova: Belarus APA-ya müşahidəçi kimi qəbulu üçün dəstək gözləyir
Oman parlamentinin sədri: APA-ya üzv kimi dünyanı sülhə, əmin-amanlığa səsləyəcəyik
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













